Bakı, 24 yanvar,  ARHD.AZ



 

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistanda rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindənverilən məlumata görə, qardaş ölkənin Baş naziri Pakistan və Azərbaycan arasında yüksələn xətlə inkişaf edən uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin getdikcə daha da dərinləşməsindən məmnunluğunu ifadə edib.

V.Mustafayev Azərbaycan və Pakistan liderlərinin məqsədyönlü siyasəti və birgə səyləri nəticəsində ölkələrimiz arasında durmadan inkişaf edən tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinin xalqlarımızın rifahı və tərəqqisinə önəmli töhfələr verdiyini qeyd edib.

Görüşdə Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib, Azərbaycanın və Pakistanın çoxşaxəli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlərin uğurla aparıldığı vurğulanıb. Etibarlı tərəfdaş və qardaş ölkələrin dövlət mənafelərinin səmərəli təminatı istiqamətində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Baxış sayı: 5 345

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]