22 yanvar 2025 ARHD.AZ
Bu barədə ARHD.AZ diplomatik nümayəndəliyin mətbuat xidmətinə istinadən xəbər verir.
22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri, diplomat Rəhman Mustafayev Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokolcev ilə görüşüb. İki tərəfli görüş hər 2 dövlətin qarşılıqlı fikir mübadiləsiylə başlayıb. Görüş zamanı iki tərəfli terrorizmlə qarşı sərhədlərdə olan vəziyyət və narkotiklə mübarizə məsələləri müzakirə olunub. Söhbət zamanı tərəflər iki ölkənin daxili işlər orqanları xətti ilə qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə edib. Eyni zamanda, Azərbaycan və Rusiya arasında beynəlxalq terrorizm və ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də sərhədyanı əməkdaşlıq sahələrində əməkdaşlığın gedişindən məmnunluqlarını ifadə ediblər.
Görüşdə iki ölkənin miqrasiya sahəsində səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.