Bakı, 22 yanvar, ARHD.AZ


 

Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 21 faiz artıb.

ARHD.AZ İran mətbuatına istinadla xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əmin Tərfa Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Tehranda keçirilən 16-cı iclasında deyib.

O bildirib ki, əgər 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 480 milyon dollar olmuşdusa, 2024-cü ildə bu rəqəm 580 milyon dollara yüksəlib.

Onun sözləri görə, iki qonşu dövlət arasında tranzit və nəqliyyat sahələrində yaxşı əməkdaşlıq əlaqələri mövcuddur: “Ağbənddə İran ilə Azərbaycan arasında Araz çayı üzərində salınan yeni körpünün tikintisi son mərhələdədir”.

Baxış sayı: 1 235

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]