Bakı, 22 yanvar,  ARHQ.AZ



 

Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə danışıqlar aparıb.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə Rusiya lideri Ukraynada münaqişənin həllində məqsədin qısamüddətli atəşkəs deyil, uzunmüddətli sülh olduğunu vurğulayıb.

“Ukraynada nizamlanmanın özünə gəldikdə, Prezidentin bu günlərdə vurğuladığı və bu gün dediyi kimi, nizamlanmanın məqsədi hansısa qısamüddətli atəşkəs, bir növ möhlət deyil, bizim obyektiv maraqlarımıza hörmət əsasında uzunmüddətli sülh olmalıdır”, – deyə Uşakov qeyd edib.

Yanvarın 21-də Kreml özünün “telegram” kanalında Putin və Si Cinpin arasında videobağlantı vasitəsilə danışıqlar aparıldığını bildirib.



 

Baxış sayı: 3 461

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə