Stokholm, 20 yanvar,  ARHQ.AZ



 

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Stokholmdakı “Zorakılığa qarşı” abidəsinin önündə anım tədbiri keçirilib.

 Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov 1990-cı ilin bu günündə Azərbaycan xalqının tankların və ağır texnikanın qarşısına əliyalın çıxaraq öz müstəqilliyini tələb etməsindən, sovet ordusunun dinc insanları güllə-borana tutması nəticəsində 147 mülki şəxsin həlak olmasından, 744 nəfərin isə yaralanmasından bəhs edib.

“Biz bu gün, həmçinin Ümummilli Lider Heydər Əliyevi dərin ehtiram hissi ilə yad edirik. O, qanlı hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, bu cinayəti qətiyyətlə pislədi. Onun təşəbbüsü ilə 1994-cü ildə bu hadisəyə siyasi və hüquqi qiymət verildi, yanvarın 20-si Ümumxalq Hüzn Günü elan edildi”, - deyə diplomat vurğulayıb.

Səfir qeyd edib ki, anım tədbirinin Stokholmun mərkəzində yerləşən “Zorakılığa qarşı” abidəsinin önündə keçirilməsi rəmzi məna daşıyır və xalqımızın hər zaman sülhpərvər olmasına işarə edir.





ARHD.AZ  İctimai-siyasi media saytı’ın rəhbəri :

Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov

 

ARHD.AZ  İctimai siyasi media saytı’ın  Baş redaktoru :

Orxan İsmayılov

Baxış sayı: 6 440

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə