Bakı, 18 yanvar, ARHQ.AZ

 

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərlə nizam-intizam qaydalarını möhkəmləndirmək məqsədilə sıra hazırlığı və ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.

Toplanışın növbəti günündə təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara atıcı silahların və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və məşq etdirilib. Daha sonra təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını icra ediblər.



ARHD.AZ  İctimai-siyasi media saytı’ın rəhbəri :

Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov

 

ARHD.AZ  İctimai siyasi media saytı’ın  Baş redaktoru :

Orxan İsmayılov

Baxış sayı: 4 388

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]