Bakı, 10 fevral, ARHD.AZ

Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib


Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi və “AMAN” Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının birinci müavini - qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov İran İslam Respublikası HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, görüşdə hər iki ölkənin regional maraqlarını özündə birləşdirən Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə dəniz sularında birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilib.

Tərəflər görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Baxış sayı: 2 402

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə