Bu gün sizlərə çox dəyərli bir şəxsdən söz açacayıq.
Layiqli və nümunəvi bir dövlət xidmətçisindən, Dövlət Miqrasiya Xidmətinin rəisi General-leytenant Vəli Nağıyev danışmaq istərdik.
Vəli məllim çox vicdanlı, işində dürüst, çox insanpərvər, ləyaqətli, dövlətçiliyə bağlı olan, həqiqi vətənpərvərbir insandır. Vəli Nağıyev nümunəvi bir ailədə dünyaya göz açıb. Ailənin bütün üzvləri hamısı ziyalı və vətənpərvər insanlardır, hər biri Azərbaycan dövlət və dövlətçiliyinə xidmət edən şəxslərdir. Eləcə də Vəli Nağıyev hələ gənc yaşlarından Dövlətçiliyimizin qorunması uğrunda çalışıb. Ölkəmizin maraqlarının təmin olunmasında Vəli Nağıyevin böyük xidmətləri var. Hər zaman son dərəcə vicdanlı addım atıb, vətənə və dövlətə də xidməti borcunu vicdanla icra edib və bunu da özünə hər zaman vicdan borcu bilib. Onu tanıyan hər kəsə də vicdanla yanaşıb. Hər kəsə insanlıq və insanpərvərlik naminə kömək etməyə çalışıb. Hər addımında əsl və nümunəvi Dövlət məmuru olaraq hərəkət edib. Bütün addımlarında Dövlətimizin layiqli siması sərgilənib. Vəli Nağıyev’ə baxdıqda Dövlətimizin apardığı siyasət, vətəndaşlara qayğı və diqqəti aydın görünür. Vəli Nağıyev kimi ləyaqətli məmurlar və layiqli Dövlət xidmətçiləri öz davranış və addımları ilə Dövlətimizin mövqeyini, cənab Prezidentin müdrik siyasətini, Dövlətimizin əməli işlərini açıq aşkar sərgiləyirlər. Vəli Nağıyev bütün iş fəaliyyətində hər zaman Dövlətimizi sevərək, Dövlət maraqlarına sədaqətlə xidmət edib. Yalnız Dövlət maraqlarını uca tutmaq, işində yalnız Dövlət siyasətini icra etmək, milli maraqları və cənab Prezident’in siyasətini, Ulu Öndər Heydər Əliyev’in yolunu rəhbər tutmaq Vəli Nağıyev’in hər zaman ən birinci amalı olub və gəncliyindən indiyə qədər bu istiqamətdə addımlayıb. Məhz bu da Vəli Nağıyevi nümunəvi bir insan olaraq, əsl vətənpərvər, vicdanlı və insanpərvər biri kimi tanıdıb. Vətənfaşlarımız məhz Vəli Nağıyev’i bu şəkildə tanıyıb. Çünki hər zaman ondan ancaq bu saydığımız ali dəyərləri görülüb. Vəli Nağıyev bütün xidməti içində ancaq dövlət maraqlarını, cənab Prezidentin hümanizm siyasətini, Ulu Öndər Heydər Əliyev’in yolunu rəhbər tutaraq çalışıb ki, bu da vətənə və xalqa xidmətin ən bariz nümunəsidir. Bu ali xüsusiyyətlər vətənə və xalqa, dövlətçiliyimizə layiqli xidmət deməkdir. Vəli Nağıyev məhz bu müqəddəs yolu və ali hədəfi özünə hər zaman istiqamət olaraq seçib və bu nümunəvi yolun nümunəvi yolçusu olaraq da nümunəvi və vicdanlı bir şəxsdir. Vəli məllim bu xidməti yoluna, əqidəsinə, dövlətə və vətənə layiq bir insan olaraq hərəkət edib, hər zaman yüksək insanpərvərliyi və alicənablığı ilə hərkəsin hörmət və ehtiramını qazanıb. Bu səbəbdən hörmətli Vəli Nağıyev bütün ictimaiyyət tərəfindən sevilən bir şəxsdir. Həm dürüst və layiqli bir insan olması ilə, həm də nümunəvi bir Dövlət məmuru olması ilə hörmətli General hər zaman seçilib. Məhz Vəli Nağıyevi fərqləndirən də bu xüsusiyyətlərdir. Bu faktorlar onun işində və çevrəsində həmçinin insanlara qarşı sərgilədiyi nümunəvi xarakterdir.
Bütün bu müsbət faktorlar Dövlətimiz tərəfindən layiqincə dəyərləndirilmiş və Vəli Nağıyev nümunəvi xidmətlərinə və Miqrasiya orqanlarında məhz qüsursuz qulluğa görə 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir.
Ayrıca cənab General Vəli Nağıyev :
27.08.2015-11.09.2015-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsinin rəis müavini-Vətəndaşlıq məsələlərinin həlli idarəsinin rəisi vəzifəsində çalışmışdır.
11.09.2015-15.12.2015-ci ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq məsələləri baş idarəsi-baş idarə rəisi vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli 1898 nömrəli Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri, 16 mart 2018-ci il tarixli 3789 nömrəli Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 mart 2021-ci il tarixli 2538 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
MTN-də çalışdığı dönəm ərzində Vəli Nağıyev Prezident tərəfindən bir çox orden və medallarla təltif olunmuşdur.
Xatırladaq ki, Vəli Nağıyev məşhur “Qara Kəmər” əməliyyatının əsas simalarından biri olub.
2 orden və 36 medalla təltif edilmişdir.
ARHD.AZ Rəhbərliyi olaraq bizdə öz növbəmizdə cənab General Vəli Nağıyev’ə Dövlətçiliyimizə xidmət yolunda uğurlar arzu edirik.
ARHD.AZ İctimai-siyasi media saytı’ın rəhbəri :
Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov
ARHD.AZ İctimai siyasi media saytı’ın Baş redaktoru :
Orxan İsmayılov