Bakı, 16 yanvar,  ARHD.AZ


 

NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən Alyansın üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iclasında iştirak etmək üçün Brüssel şəhərində səfərdə olan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin  məlumatına görə, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Lusiano Portolano və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Qabor Böröndi ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Görüşlərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə də iştirak edib.



ARHD.AZ  sosial media saytı’ın rəhbəri :

Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov

 

ARHD.AZ  sosial media saytı’ın  Baş redaktoru :

Orxan İsmayılov

Baxış sayı: 6 514

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]