Bakı, 18 aprel, ARHD.AZ



Azərbaycanda səfərdə olan Qazaxıstan Həmlə-Desant Qüvvələrinin komandanı general-mayor Almaz Cumakeevin rəhbərlik etdiyi nümayəndə heyəti Komando və Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Qazaxıstan nümayəndə heyətini qarşılayan general-mayor Akif Pirverdiyev onları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Qonaqlara hərbi hissənin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizatı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti qapalı idman zalı, əsgər yataqxanası və yeməkxanaya baxış keçirib. Qonaqlara şəxsi heyətin idman fəaliyyətləri nümayiş etdirilib.

Hərbi hissənin ərazisindəki qapalı atış kompleksində tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atışlar icra olunub.

Qonaqlar tam təchizatlı komandoların sıra hazırlığına baxdıqdan sonra onların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətlərini izləyiblər.

Qazaxıstan nümayəndə heyəti daha sonra Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-mayor Ələkbər Cahangirovla görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair geniş müzakirələr aparılıb.

Baxış sayı: 5 678

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə