Qahirə, 19 yanvar, ARHQ.AZ



 

Əlcəzairin ən çox baxılan televiziya kanallarından “əl-Bilad tv”-də Azərbaycan haqqında Dördhissəli sənədli filmin birinci hissəsi nümayiş olunub. Filmin növbəti bölümləri bir ay ərzində hər cümə günü tamaşaçılara təqdim olunacaq.

 Televiziya kanalına istinadla xəbər verir ki, ümumi həcmi 72 dəqiqə olan filmdə Azərbaycanın turizm imkanları, mətbəxi, təbiəti, milli musiqisi, xalçaçılıq sənəti, habelə qədim tarixi abidələri və zəngin memarlığından bəhs edilir. Bakının gözəl parklarının xalqımızın mədəniyyətinin əsas rəmzlərindən olduğu diqqətə çatdırılır.

Filmdə Azərbaycanın zəngin mədəniyyətə malik və son illər ərzində dünyanın sürətlə inkişaf edən ölkələrdən biri olduğu qeyd edilir. Eyni zamanda, Azərbaycanın əsrarəngiz təbiətə malik olması ilə yanaşı dünyanın zəngin qədim tarix və memarlıq mərkəzlərindən biri hesab olunduğu bildirilib. Heydər Əliyev Mərkəzi, İçərişəhər və ölkəmizin digər memarlıq abidələri əlcəzairli çəkiliş qrupunun maraqlı və özünəməxsus təqdimatında tamaşaçılara nümayiş olunur. Filmdə deyilir ki, Heydər Əliyev Mərkəzinin binası müasir memarlıq incisidir və sənətlə təbiətin harmoniyasını göstərir, eləcə də ölkəmizin inkişafına işarə edir.

Filmdə, həmçinin Qəbələnin və Şəkinin əsrarəngiz təbiət mənzərələri, mətbəxi barədə söhbət açılır.

ARHD.AZ  İctimai-siyasi media saytı’ın rəhbəri :

Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov

 

ARHD.AZ  İctimai siyasi media saytı’ın  Baş redaktoru :

Orxan İsmayılov

Baxış sayı: 6 450

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]