Hollivud ulduzu Leonardo Di Kaprio Venesuelaya tətbiq olunan hava məhdudiyyətləri səbəbindən Palm-Sprinqs kinofestivalının qala-konsertində iştirak edə bilməyib.


ARHD.AZ  xəbər verir ki, Di Kaprio “Döyüş ardınca döyüş” filmindəki roluna görə təqdim olunacaq “Desert Palm Achievement Award” mükafatını videobağlantı vasitəsilə qəbul edib.


Di Kaprio çıxışında kinonun kollektiv izlənmə təcrübəsinə diqqət çəkərək deyib: “Filmlər hələ də birlikdə izlənilmək üçün nəzərdə tutulub. İndi bu əminlik hər zamankından daha vacibdir”.


Qeyd edək ki, “Oskar” mükafatçısı hazırda Sen-Bartelemi adasında olduğu üçün bölgədəki uçuş məhdudiyyətlərinə görə Palm-Sprinqsə səfər edə bilməyib. Hava limanı “X” platformasında yaydığı açıqlamada reyslərin gecikdiyini təsdiqləyib.

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə