Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən vida mərasimi ləğv olunub.


ARHD.AZ  xəbər verir ki, onun nəşi dəfn edilməsi üçün Badamdar qəbiristanlığına aparılır.


Qeyd olunub ki, mərhumun ailəsi hava şəraiti ilə əlaqədar vida mərasiminin ləğv olunmasını istəyib.


09:11


Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.


Bu barədə ARHD.AZ -a Yadigar Muradovun oğlu Yaşar Muradov məlumat verib.


O bildirib ki, vida mərasimi saat 12:00-da baş tutacaq.


Daha sonra onun nəşi torpağa tapşırılmaq üçün Badamdar qəbiristanlığına aparılacaq.


Aygün Mirakif


06:35


Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.


ARHD.AZ -ın xəbərinə görə, bu barədə onun yaxınları məlumat veriblər.


Qeyd edək ki, Y.Muradov uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Baxış sayı: 2 058

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə