DSMF beynəlxalq müsabiqədə “İlin ən yaxşı pensiya fondu” ali mükafatına layiq görülüb

Bakı, 5 fevral, ARHD.AZ


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, Birləşmiş Krallıqda yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə DSMF-də son illər aparılan islahatlar beynəlxalq ekspertlər tərəfindən yüksək balla qiymətləndirilib.

Beləliklə, DSMF müsabiqənin qalibləri sırasına daxil edilərək “İlin ən yaxşı pensiya fondu” ali mükafatına layiq görülüb.

Müsabiqədə DSMF ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit okean hövzəsi regionundan 500-dən çox qurum təmsil olunub.

“The International 100 Magazine” 2016-cı ildən unikal yanaşmaları ilə seçilən qurumlar arasında müsabiqələr keçirir və innovativ layihələri, uğurları ilə fərqlənən qurumları müəyyənləşdirərək təqdir edir.

Baxış sayı: 4 039

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə