Bakı, 2 may, ARHD.AZ



Paytaxtda “Nine Senses Fest” festivalı başlayıb


Bakıda “Nine Senses Fest 2025” – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının açılış mərasimi reallaşıb.

ARHD.AZ xəbər verir ki, builki festivalın şüarı “Ənənədən hərəkətə” olub.

Açılış mərasimi festival iştirakçılarını, sənətçiləri və dəvətliləri bir araya gətirərək rəmzi olaraq daxili oyanışın əsasını qoyub. “Vibrosoundlab” laboratoriyası tərəfindən təqdim edilən immersiv səs terapiyası seansı sayəsində axşam saatlarında zəngin və transformasiyaedici bir atmosfer yaradılıb.

Üç gün ərzində iştirakçıları yoqa və meditasiya praktikaları, Şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya və digər mövzularda tematik mühazirələr gözləyir.

Qeyd edək ki, festival 2–4 may tarixlərində Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” incəsənət mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilir.

Baxış sayı: 5 545

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə