Bakı, 24 yanvar,  ARHD.AZ

 

Azərbaycanın turizm potensialı Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, eləcə də 8 yerli tərəfdaşın iştirakı ilə İspaniyanın Madrid şəhərində baş tutan “FITUR” turizm sərgisində təqdim olunur.

Dövlət Turizm Agentliyindənbildirilib ki, sərgi çərçivəsində keçirilən təqdimatlarda Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, birbaşa aviareyslər haqqında məlumat verilir.

Stend ziyarətçiləri Azərbaycanın təklif etdiyi turizm məhsulları ilə tanış ola, eyni zamanda, milli şirniyyatların və yerli şərabların dadına baxa bilirlər.

Yanvarın 26-dək davam edəcək turizm sərgisində B2B (Biznesdən-biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçiriləcək.

Baxış sayı: 3 264

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə