Türkmənistan portalı "Azerbaijan.Travel" platforması haqqında məqalə dərc edib

Bakı, 5 mart, ARHD.AZ



Türkmənistan portalı "Azerbaijan.Travel" platforması haqqında məqalə dərc edib


Türkmənistanın "ashgabattimes.com" portalı Azərbaycanın turizm potensialını əks etdirən "Azerbaijan.Travel" platforması haqqında məqalə dərc edib.

Bu barədə ARHD.AZ-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Türkmən, ingilis və rus dillərində yayımlanmış materialda "Azerbaijan.Travel" platforması haqqında geniş məlumat verilib. Azərbaycanın turizm imkanları, marşrutları, tarixi, turistik yerləri haqqında informasiya təqdim olunub. Eyni zamanda, ashgabattimes.com portalının baş səhifəsində Azerbaijan.Travel turizm saytının banneri yerləşdirilib və hiperlink olaraq istiqamətləndirilib.

Məqalədə qeyd olunub ki, "Azerbaijan.Travel" platforması turistlərə Azərbaycanın zəngin tarixi, mədəniyyəti, təbiəti və turistik yerləri haqqında ətraflı məlumatlar təqdim edir. Portalda Bakı şəhərinin unikal memarlığı, tarixi və mədəniyyəti ilə tanıdan "Bakı şəhəri" bölməsi xüsusi diqqət çəkir. İçərişəhər və Qobustan kimi UNESCO Ümumdünya İrsi Siyahısına daxil olan ərazilər, həmçinin Göygöl gölü kimi təbiət inciləri, qış turizmi barədə geniş məlumatlar yer alır. Platformada həmçinin, Lahıc bölgəsində yerli sənətkarlıq və qədim mədəniyyətlə tanış olmaq imkanı da təqdim edilir.

Eyni zamanda materialda bildirilib ki, "Azerbaijan.Travel" portalı Azərbaycanın digər turistik bölgələri və ənənələrini tanıdan bölmələrlə də zəngindir. Sayt turistlərə səyahət planlaşdırmaq, eləcə də mehmanxanalar, restoranlar və yerli xidmətlər haqqında faydalı imkanlar verir. Bu turizm platforması eyni zamanda, Azərbaycanın təbii və mədəni zənginliklərini tanıtmaqla yanaşı, turistlərin rahat və mükəmməl bir səyahət təcrübəsi yaşaması üçün vacib məlumatlarla təmin edir. Həmçinin, bu platforma Azərbaycanın zəngin ənənələrini və mədəni irsini dünya miqyasında tanıtmağı hədəfləyir.

Bununla yanaşı, məqalədə Türkmənistan vətəndaşlarının Azərbaycana səfər etmə prosesi, o cümlədən Türkmənistandakı səfirliyimizdən viza almaq və “ASAN Viza” xidməti vasitəsilə elektron viza əldə etmək imkanları haqqında ətraflı informasiya təqdim olunub.

Baxış sayı: 5 044

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə