Naxçıvan Muxtar Respublikasında polisin keçirdiyi tədbirlərlə sosial şəbəkələr üzərindən qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən 26 yaşlı Nərmin İsmayılzadə saxlanılıb.


“ARHD.AZ” xəbər verir ki, araşdırmalarla onun xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar və idman mərc oyunlarının keçirildiyi “Chcplay1”, “Fastloto365” və “Fastlotoclub” adlı internet saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq həmin platformalarda iştirak hüququ verən onlayn link və kodlar əldə etdiyi, bu məqsədlə virtual kassa sistemi qurduğu müəyyənləşib.


N.İsmayılzadə sosial şəbəkələrdə yaratdığı “Perfectkazino” adlı səhifə vasitəsilə müxtəlif şəxsləri onlayn ödənişlər müqabilində qanunsuz kazino və mərc oyunlarına cəlb edib.


Onun üzərindən və istifadə etdiyi texniki vasitələrdən elektron sübutlar, həmçinin qanunsuz fəaliyyət zamanı istifadə etdiyi bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı həmin pul köçürmələrinin bir hissəsinin ailə üzvlərinin adına olan bank kartları vasitəsilə həyata keçirildiyi də müəyyənləşib.


Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Baxış sayı: 2 874

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə