Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.


“ARHD.AZ” “Demokrat.az”a istinadən xəbər verir ki, o, Gürcüstan ərazisində tutulub.


Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq.


Məlumatı Şəmsi Səmədzadənin ailəsi də təsdiqləyib.


Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.


Şəmsi Səmədzadə əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

Baxış sayı: 2 371

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə