Bakı, 13 fevral, ARHD.AZ


Polis Biləsuvarda 5 kiloqram narkotik vasitə və silah-sursat aşkarlayıb


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan ARHD.AZ-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Əli Tağıyev, Maqsud Əliyev və Mərahim Alcanov saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqram tiryək, meramfetamin və marixuana aşkarlanıb.

Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində keçirdikləri tədbirlərlə isə Dövlət Xəlilov saxlanılıb. Ondan 1 ədəd “AKS-74U” markalı avtomat, 19 ədəd patron və marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baxış sayı: 3 247

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə