Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir

Bakı, 13 fevral, ARHD.AZ


Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir


2025-ci ilin 1 yanvar tarixinə ölkənin valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 71 milyard dollar məbləğində olmaqla hesabat dövrünün sonuna xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.

ARHD.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, xarici dövlət borcunun 49 faizi 5 ilə qədər olan müddətdə, 44,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,1 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub:

ABŞ dolları – 86,1 faiz, avro – 5,8 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.

Baxış sayı: 2 242

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə