Azərbaycanda yanvar ayı üzrə ÜDM istehsalı açıqlanıb

Bakı, 13 fevral, ARHD.AZ


Azərbaycanda yanvar ayı üzrə ÜDM istehsalı açıqlanıb


2025-ci ilin yanvar ayında ölkədə 9 milyard 430,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən ARHD.AZ-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1 faiz artıb.

ÜDM istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 922,1 manata bərabər olub.

Baxış sayı: 2 447

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə