Dövriyyədə olan müəyyən dövlət istiqrazlarının geri alınması ilə bağlı hərrac keçiriləcək

Bakı, 13 fevral, ARHD.AZ


Dövriyyədə olan müəyyən dövlət istiqrazlarının geri alınması ilə bağlı hərrac keçiriləcək


Maliyyə Nazirliyi (emitent) tərəfindən daxili maliyyə bazarında Bakı Fond Birjasının ticarət platforması vasitəsilə yerləşdirilmiş AZ0201040208, AZ0201040240, AZ0201040265 və AZ0201040323 İSİN kodlu dövlət istiqrazlarının Buraxılış Şərtlərinin 3.2-ci bəndinə əsasən fevralın 25-də vaxtından əvvəl geri alınması üzrə Bakı Fond Birjasında hərracın keçirilməsi nəzərdə tutulur.

Maliyyə Nazirliyindən ARHD.AZ -a bildirilib ki, bununla əlaqədar yuxarıda sözügedən dövlət istiqrazlarının vaxtından əvvəl emitentə geri satılmasında maraqlı olan mülkiyyətçilərdən bu prosesin həyata keçirilməsi məqsədilə emitentin anderrayterinə və Bakı Fond Birjasına müraciət etmələri xahiş olunur.

Baxış sayı: 3 239

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə