İstanbul, 11 fevral, Günel Karatepe, ARHD.AZ


Baş katib: TDT beynəlxalq tərəfdaşlığı gücləndirməkdə qərarlıdır


Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Daxili Nəqliyyat Komitəsinin 87-ci sessiyasında iştirak edir.

Bu barədə ARHD.AZ -a TDT-dən bildirilib.

Məlumatda qeyd edilib ki, Türkiyə və Niderlandın birgə ev sahibliyi etdiyi “Dayanıqlı nəqliyyat əlaqələrinin təşviqi” mövzusunda keçirilən nazirlərin dəyirmi masa görüşündə çıxış edən Baş katib Türk regionunda ticarətin asanlaşdırılması və dayanıqlı inkişafın təmin olunmasında nəqliyyatın strateji əhəmiyyətini vurğulayıb. O, TDT çərçivəsində Orta Dəhlizin səmərəliliyini və dayanıqlılığını artıraraq buranın Asiya ilə Avropa arasında əsas ticarət yolu kimi möhkəmləndirilməsi istiqamətində təşəbbüslərə diqqət yönəldib.

Ömüralıyev, eyni zamanda, rəhbərlik etdiyi təşkilatın rəqəmsallaşma, xüsusilə də eTIR sisteminin tətbiqi ilə bağlı qətiyyətini ifadə edərək, yaxın keçmişdə TDT regionunda eTIR-in tətbiqinə dair Yol Xəritəsinin imzalandığını qeyd edib. O, təşkilatın regional nəqliyyat şəbəkələrinin rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə UNECE də daxil olmaqla, beynəlxalq tərəfdaşlarla əməkdaşlığını gücləndirməklə bağlı qərarlılığını bir daha vurğulayıb.

Baxış sayı: 4 239

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə