“Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirilməsini məqsədəuyğun hesab edirəm”.


“ARHD.AZ” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, vahid enerji məkanının yaradılması regionu beynəlxalq bazarlar üçün güclü ixracatçıya çevirəcək.


“Ermənistan daha geniş ixrac bazarlarına çıxmaq üçün Azərbaycanın infrastrukturundan istifadədə, Azərbaycan isə Naxçıvana və digər istiqamətlərə elektrik enerjisinin Ermənistan ərazisindən tranzitini həyata keçirmək imkanında maraqlıdır”, - o əlavə edib.

Baxış sayı: 2 609

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə