Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırıb

Astana, 11 fevral,  ARHD.AZ

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırıb


Son beş ay ərzində (2024-2025-ci illərin sentyabr-yanvar aylarında) Qazaxıstan taxılının Azərbaycana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 88 dəfə artaraq 266 min tona çatıb.

ARHD.AZ  Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycana və digər ölkələrə taxıl tədarükünün artması Qazaxıstan taxılının ixrac daşımalarının ümumi artımı fonunda baş verir ki, bu da qeyd olunan dövrdə 47 faiz təşkil edib və ümumilikdə 4,8 milyon tona çatıb.

2024-cü ilin sonuna yaxın 10,6 milyon ton taxıl, o cümlədən bu məhsulun 2,5 milyon tonu ölkə daxilində, 8,1 milyon tonu isə ixrac üçün daşınıb.

Baxış sayı: 5 434

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə