"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 5 min dolları keçərək yeni rekord səviyyəyə çatıb.


ARHD.AZ xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapır.


Yanvarın 26-da Bakı vaxtı ilə saat 02:41-ə olan məlumata görə, qızılın qiyməti 1 trua unsiyası üçün 5090.5 dollar təşkil edib.


Qızıl və gümüş bahalaşmaqda davam edir - Yeni rekord


Bakı vaxtı ilə saat 03:03-ə olan məlumata görə, qiymətli metalın dəyəri trua unsiyası üçün 5007.5 dollar (+0.49%) olub.


"Comex" birjasında 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş füçerslərinin qiyməti də tarixi maksimumunu yeniləyərək trua unsiyası üçün 100 dolları keçib.


Qızıl və gümüş bahalaşmaqda davam edir - Yeni rekord

 

Saat 03:00-a olan məlumata görə, gümüşün qiyməti 1 trua unsiyası üçün 109.305 dollar təşkil edib.


Saat 03:23-ə qədər onun dəyəri 104.74 dollar (+1.43%) səviyyəsinə düşüb.

 

Baxış sayı: 2 215

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə