Türkmənistandan Türkiyəyə türkmən qazının nəqlini nəzərdə tutan müqavilə imzalanıb

Bakı, 11 fevral, ARHD.AZ

Türkmənistandan Türkiyəyə türkmən qazının nəqlini nəzərdə tutan müqavilə imzalanıb


BOTAŞ ilə “Türkmənqaz” arasında Türkmənistan qazının Türkiyəyə nəqli ilə bağlı müqavilə imzalanıb.

ARHD.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib.

Müqaviləyə əsasən, Türkiyə türkmən qazının idxalına bu il martın 1-dən başlayacaq.

“Uzun illərdir üzərində çalışdığımız bu müqavilə ilə ölkəmizin və regionumuzun təbii qaz təchizatı təhlükəsizliyini güclənəcək və iki ölkə arasında strateji əməkdaşlıq daha da dərinləşəcək”, - deyə Alparslan Bayraktar qeyd edib.

Qeyd edək ki, Türkmənistandan Türkiyəyə qaz nəqli ilə bağlı müqavilə ötən ilin mart ayında Antalyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə imzalanıb.

Baxış sayı: 2 347

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə