Parlamentdə yaşayış minimumu və ehtiyac meyarı məsələsi müzakirə olunub.


“ARHD.AZ” xəbər verir ki, bu məsələni deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında qaldırıb.


“2023-cü ilə qədər yaşayış minimumu ehtiyac meyarından aşağı idi. Lakin 2023-cü ildən sonra bərabərləşdi. Nəzərə alaq ki, yaşayış minimumu və ehtiyac meyarı aztəminatlı ailələrə aid məsələdir və bunun böyük hissəsi ərzağa gedir.


Ərzaq inflyasiyası da yüksək olduğuna görə söhbət artımdan yox, kompensasiyadan gedir. Nə zamansa bunun fərqləndirilməsinə ehtiyac var. Bizim hazırladığımız qanunvericilik sənədinin yenidən təqdim olunmasını təklif edirəm. Təklif edirəm ki, komitələrimizin birgə layihəsi təqdim olunsun”, - deputat bildirib. 

Baxış sayı: 2 546

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə