Ötən il qanunvericiliyin tələblərinin pozulduğu 2 mindən çox protokol ləğv edilib

Bakı, 11 fevral, ARHD.AZ


Ötən il qanunvericiliyin tələblərinin pozulduğu 2 mindən çox protokol ləğv edilib


Ötən il ərzində satınalan təşkilatlardan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 15 min 704 yekun protokol təhlil edilib.

ARHD.AZ xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

“Qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunmuş 2259 yekun protokol dövlət xidməti tərəfindən ləğv edilib. Bu, ümumi təhlil edilən protokolların 14,4 faizini təşkil edir”, - deyə o bildirib.

Qeyd olunub ki, dövlət satınalmalarının həyata keçirilməsi zamanı maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi bu sahədə əsas prinsiplərdən biridir. Satınalmalar zamanı bu prinsipin gözlənilməsi effektivliyi artırır və resursların məqsədyönlü istifadəsinə imkan yaradır.

Baxış sayı: 2 937

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə