Bakı, 10 fevral, ARHD.AZ


Ötən ay Azərbaycanın aqrar məhsul ixracı 10 faizdən çox artıb


Cari ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 245,8 milyon dollar təşkil edib.

ARHD.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmlərinə istinadla bildirir ki, 2025-ci ilin yanvar ayında yeyinti məhsulları 19,7 faiz artaraq 84,2 milyon dollara bərabər olub.

İcmala əsasən, 2025-ci ilin yanvar ayında aqrar məhsullar 10,4 faiz artaraq 64,8 milyon dollar, aqrar-sənaye məhsulları 44,3 faiz artaraq 22,2 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5 faiz artaraq 87,1 milyon dollar təşkil edib.

Cari ilin birinci ayında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9 faiz, alkoqollu və alkoqolsuz içkilər 39,2 faiz, üzvi kimyəvi birləşmələr 52,4 faiz artıb.

Baxış sayı: 0

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]