2025-ci ildə dünyanın ən varlı 500 insanının sərvəti rekord həddə - 2.2 trilyon dollar artıb.


ARHD.AZ -ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi məlumat verib.


Materialda bildirildiyinə görə, "Bloomberg" Sərvət İndeksi tərəfindən qeydə alınan bütün artımın təxminən dörddəbiri "Oracle" şirkətinin Direktorlar Şurasının sədri Larri Ellison, "Tesla"nın baş direktoru İlon Mask, "Alphabet"in həmtəsisçisi Larri Peyc və "Amazon"un qurucusu Ceff Bezos da daxil olmaqla, cəmi səkkiz nəfərin payına düşüb.


Agentliyin məlumatına görə, milyarderlərin ümumi sərvəti 11.9 trilyon dollara çatıb. Kapital artımı Donald Trampın 2024-cü ilin sonlarında ABŞ prezident seçkisində qələbəsi ilə əhəmiyyətli dərəcədə sürətlənib.


Hesabatda, həmçinin qeyd olunub ki, süni intellekt ətrafındakı eyforiya ABŞ-nin nəhəng şirkətlərinin səhmlərini dəstəkləməyə davam edib.

Baxış sayı: 2 772

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə