Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən dekabrın 15-də 349 milyon 529 min 291 kVt/saat həcmində sifariş alınıb.


Bu barədə ARHD.AZ  TAP-ın elektron platformasına istinadən xəbər verir.


Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,14 % azdır.


Kipoi çıxış nöqtəsindən dekabrın 16-dan 22-dək 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.


Bu, dekabrın 9-dan 15-dək olan sifariş göstəriciləri ilə müqayisədə 0,43 % azdır.


Yunanıstanın Komotini çıxış nöqtəsindən dekabrın 15-dən 22-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.


Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən dekabrın 15-dən 22-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.


İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 15-dən 22-dək 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 8-dən 15-dək olan sifariş göstəriciləri ilə müqayisədə eyni qalıb.


Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Baxış sayı: 2 910

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə