"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2025-ci ilin sonuna Azərbaycanın ÜDM artımını 1.8% səviyyəsində proqnozlaşdırıb.


ARHD.az  xəbər verir ki, "S&P"nin hesablamalarına görə, Azərbaycanın ÜDM artımı 2026-cı ildə 1.7% olacaq, 2027-ci ildə 2%-ə qədər sürətlənəcək, 2028-ci ildə isə 2.1%-ə çatacaq.


Beləliklə, 2025-28-ci illərdə Azərbaycanda ÜDM-in ortaillik artımı 1.9% təşkil edəcək.


Məlumatda qeyd edilir ki, Azərbaycanda iqtisadi fəaliyyət ilin ikinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 1.5% genişlənib. Artım, əsasən, qeyri-neft-qaz sektoru tərəfindən təmin edilib.

Baxış sayı: 2 694

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə