2024-cü ildə bələdiyyələrin yerli büdcə gəlirləri əvvəlki illə müqayisədə 18,6 faiz artıb

Bakı, 10 fevral, ARHD.AZ

2024-cü ildə bələdiyyələrin yerli büdcə gəlirləri əvvəlki illə müqayisədə 18,6 faiz artıb. Bələdiyyə torpaqlarından qanuni və səmərəli istifadə büdcə gəlirlərinin artımına müsbət təsir göstərib.

ARHD.AZ xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 10-da keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.

Bildirilib ki, il ərzində 295 maarifləndirmə tədbiri keçirilib, 8912 bələdiyyə üzvü və qulluqçusu iştirak edib. 248 seminar və 30 onlayn təlim kursu təşkil olunub.

Baxış sayı: 2 349

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə