AMB sədri: Mərkəzi Bank pul siyasəti mexanizmini möhkəmləndirəcək


Bakı, 10 fevral, ARHD.AZ

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə sıx əməkdaşlıq etməyə davam edəcək ki, siyasətimiz Dünya Bankının Ölkə Tərəfdaşlıq Çərçivəsinin strateji prioritetlərinə uyğun olsun.

ARHD.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatı zamanı deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatı təxminən 3,8 dəfə, qeyri-neft sektoru 3,7 dəfə artıb.

“Mərkəzi Bank olaraq bizim əsas rolumuz makroiqtisadi sabitliyin qorunması, maliyyə inklüzivliyinin təmin edilməsi və bu istiqamətdə işlərin davam etdirilməsi olacaq. 2025-ci ildə Mərkəzi Bank pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində tədbir həyata keçirəcək”, - deyə AMB sədri vurğulayıb.

Baxış sayı: 2 433

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]