"Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşı, ən böyük idxal mənbəyi ölkəsidir".


ARHD.AZ  APA-ya istinadla xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çinin "Xalq gündəliyi" qəzetinə müsahibəsində deyib.


Baş nazirin müavini bildirib ki, bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3.4 milyard ABŞ dollarına çatıb və ötən illə müqayisədə 28% artıb: "Bu isə tərəflərin iqtisadi-ticarət əməkdaşlığının davamlı dərinləşdiyini və böyük potensiala malik olduğunu tam təsdiqləyir".


Səkkizinci Çin Beynəlxalq İdxal Sərgisində (CIIE) iştirak edən Baş nazirin müavini qeyd edib ki, bu platforma vasitəsilə bizim şirkətlər Çin istehlakçılarının seçimini və bazar tendensiyalarını dərindən öyrənə bilir, bu da Çin bazarına daha dəqiq uyğunlaşmağa şərait yaradır: "Eyni zamanda Çin qanunvericiliyi, gömrük siyasəti və logistika sistemi ilə tanış olmaq üçün imkan yaradır və gələcək praktiki əməkdaşlıq üçün möhkəm əsas qoyur."

Baxış sayı: 2 722

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə