Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Uzbekneftegaz" SC arasında neft-qaz sənayesində süni intellektin tətbiq olunması sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.


ARHD.AZ  xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.


Məlumata görə, əməkdaşlıq çərçivəsində SOCAR-ın hazırladığı süni intellekt həllərinin alınması, təcrübə və mütəxəssis mübadiləsi, SOCAR-ın rəqəmsal transformasiyanı, istehsal proseslərinin rəqəmsallaşdırılmasını və səmərəliliyini artırması, həmçinin informasiya texnologiyaları sahəsində konsultasiya xidmətləri göstərməsini nəzərdə tutulur.


Memorandum çərçivəsində tərəflər qarışdırma parametrlərinin optimallaşdırılması ilə dizel yanacağı istehsalının artırılmasına yönələn süni intellekt əsaslı layihələr, əməliyyat qruplarının işini dəstəkləyən böyük dil modelini (Large Language Model - LLM), həmçinin geoloji və enerji məlumatlarının təhlilinin avtomatlaşdırılmasına yönələn "Seismic AI" (seysmik süni intellekt) və ENOM həllərinin hazırlanmasını planlaşdırır. Bundan əlavə, SOCAR şirkətin bütün biznes proseslərini birləşdirən vahid məlumat arxitekturasının yaradılması, eləcə də seysmik və qazma məlumatlarının tam rəqəmsallaşdırılması və vizuallaşdırılmasını təmin edən ODLAR və "Daily Drilling" layihələrində konsultasiya dəstəyi göstərəcək.


Anlaşma Memorandumu neft və qaz sənayesində süni intellekt texnologiyalarının tətbiqini inkişaf etdirəcək. Bu əməkdaşlıq enerji sektorunda innovativ yanaşmaların tətbiqini təşviq etməklə yanaşı, iki ölkənin iqtisadi əməkdaşlığını və texnoloji tərəfdaşlığını daha da möhkəmləndirəcək.


 

Baxış sayı: 3 005

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə