
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 392 dollar həddini aşaraq, tarixi maksimumunu yeniləyib.
ARHD.AZ -ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata əsasən, qızılın qiyməti 1 unsiyası üçün 4 368 dollar həddindədir.
























