Beynəlxalq hava limanı: Uçuşların təhlükəsizliyi tam təmin olunur, bütün reyslər cədvəl üzrə həyata keçirilir


Beynəlxalq hava limanı: Uçuşların təhlükəsizliyi tam təmin olunur, bütün reyslər cədvəl üzrə həyata keçirilir

Bakı, 8 fevral,  ARHD.AZ

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda indiyə kimi uçuş cədvəlinə təsir edən hər hansı gecikmə və ya ləğv olunmuş reys qeydə alınmayıb.

Beynəlxalq hava limanından ARHD.AZ-a bildirilib ki, uçuşların təhlükəsizliyi tam təmin olunaraq bütün reyslər cədvəl üzrə həyata keçirilir.

Uçuşu olan sərnişinlərə hava şəraitini və nəqliyyat idarəetməsində yarana biləcək çətinlikləri nəzərə alaraq, hava limanına gəliş vaxtlarını əvvəlcədən planlamaları tövsiyə olunur.

Hava limanı ərazisində müşahidə olunan güclü külək səbəbindən sərnişinlər və ziyarətçilər açıq havada ehtiyac olmadıqda uzun müddət qalmamağa çağırılır.

Qeyd edək ki, qeyri-sabit hava ilə bağlı mümkün dəyişikliklər olarsa, sərnişinlərə hava limanının və aviaşirkətlərin rəsmi kanalları vasitəsilə əlavə məlumat veriləcək.

Baxış sayı: 4 229

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]