Əmanətlərin Sığortalanması Fondu bu günədək ödədiyi kompensasiyanın məbləğini açıqlayıb

Bakı, 7 fevral,  ARHD.AZ


Əmanətlərin Sığortalanması Fondu bu günədək ödədiyi kompensasiyanın məbləğini açıqlayıb


Əmanətlərin Sığortalanması Fondu yarandığı tarixdən cari il yanvar ayının 1-dək ləğv prosesində olan 19 bank üzrə toplam 1 milyard 717, 521 milyon manat kompensasiya ödənişini həyata keçirib.

Fonddan ARHD.AZ-a bildirilib ki, yaxın keçmişə nəzər salsaq, ölkəmizdə koronavirus pandemiyası səbəbi ilə sərt karantin rejiminin, habelə hərbi vəziyyətin tətbiq olunduğu 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş 4 bankın və növbəti illərdə isə daha 2 bankın ləğvedicisi təyin olunduqda təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində külli miqdarda kompensasiya ödənişi həyata keçirib.

Belə ki, 2020-ci ildən 2024-cü ilədək ləğv prosesində olan 6 bank üzrə toplam 35 min 020 nəfər qorunan əmanətçiyə ümumilikdə 897 milyon 581,697 manat kompensasiya ödənişi edilib.

Baxış sayı: 2 322

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]