Ötən il Naxçıvanda 4,3 milyon manat güzəştli kredit verilib


Bakı, 7 fevral, ARHD.AZ


Ötən il Naxçıvanda 4,3 milyon manat güzəştli kredit verilib


2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 45 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar.

SİF-dən ARHD.AZ -a bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 4,3 milyon manat güzəştli kredit ayrılıb.

Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 148 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.

Baxış sayı: 4 367

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]