OPEC-in beynəlxalq seminarında Azərbaycanın enerji strategiyasından danışılıb

Bakı, 10 iyul, ARHD.AZ




OPEC-in beynəlxalq seminarında Azərbaycanın enerji strategiyasından danışılıb


SOCAR-ın prezidenti Rövşən Nəcəf Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu OPEC beynəlxalq seminarında iştirak edib.

Şirkətdən ARHD.AZ-a bildirilib ki, SOCAR prezidenti dünyanın qabaqcıl enerji şirkətlərini bir araya gətirən və qlobal enerji gündəliyinə dair müzakirələr üçün mühüm platformaya çevrilən seminar çərçivəsində bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.

“Siyasət və tənzimləmələr: Ədalətli və real enerji gələcəyi” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxış edən Rövşən Nəcəf enerji keçidinin hər bir ölkənin milli şəraitinə və iqtisadi potensialına uyğun şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib. Bu xüsusda, müasir dövrdə Azərbaycanın enerji strategiyası, həmçinin SOCAR-ın enerji təhlükəsizliyi və davamlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Rövşən Nəcəf tədbir çərçivəsində “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne, “Halliburton” şirkətinin İdarə Heyətinin sədri Ceff Miller, “Crescent Petroleum” şirkətinin baş icraçı direktoru Məcid Cəfər və OQEP şirkətinin baş icraçı direktoru Əhməd Əl Əzkavi ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib, birgə həyata keçirilən layihələr üzrə fikir mübadiləsi aparılıb.

Baxış sayı: 7 894

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə