Bakı, 4 fevral, ARHD.AZ

 

Energetika naziri Pərviz Şahbazov Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ARHD.AZ Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Tatarıstanın enerji şirkətləri arasında əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib.

Neft və neft-kimya, təcrübə mübadiləsi, insan kapitalının inkişafı, eləcə də elektrik enerjisi sahəsində yeni texnologiyaların tətbiqi ilə enerji obyektlərinin rəqəmsallaşdırılması, paylayıcı elektrik şəbəkələrinin obyektlərinin avtomatlaşdırılması, avadanlıqlar istehsalı kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Perspektivli layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bu səfərin və aparılan müzakirələrin ikitərəfli əlaqələrin, o cümlədən enerji əməkdaşlığının inkişafına təkan verəcəyi qeyd edilib və qarşılıqlı faydalı tərəfdaşlığa dəstək ifadə edilib.

Həmçinin Azərbaycan tərəfi cari ilin aprelində Kazanda keçiriləcək enerji və enerji səmərəliliyi üzrə Tatarıstan Beynəlxalq Forumunda iştiraka dəvət edilib.

Baxış sayı: 6 434

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]