London, 3 fevral, ARHD.AZ

 

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın ABŞ ilə ticarətdə cizgidən çıxdığını bəyan edib, lakin bu balanssızlığın həllinin mümkün olduğunu bildirib.

ARHD.AZ “The Telegraph”a istinadla xəbər verir ki, D.Tramp Böyük Britaniyaya da gömrük rüsumlarının tətbiqinin mümkün olduğunu qeyd edib. Ancaq o, Avropa İttifaqını daha ciddi hədəf alıb və onlara tezliklə əlavə rüsumlar tətbiq ediləcəyini vurğulayıb.

“Avropa İttifaqı daha böyük problem yaradır. Böyük Britaniya ilə məsələni həll etmək mümkündür, lakin Aİ-nin etdikləri dəhşətdir. Onlar bizim avtomobillərimizi, kənd təsərrüfatı məhsullarımızı almırlar. Onlar demək olar ki, heç nə almırlar, amma biz hər şeyi qəbul edirik – milyonlarla avtomobil, böyük miqdarda qida və kənd təsərrüfatı məhsulları alırıq. ABŞ-ın Avropa İttifaqı ilə ticarətində böyük kəsir var və bu, təxminən 162 milyard dollar təşkil edir. Bu, ABŞ üçün əlverişsiz bir vəziyyətdir”, - deyə D.Tramp vurğulayıb.

 
Baxış sayı: 0

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]