Rusiya rəsmisi bu il Sumqayıtda müştərək sənaye parkının işə salınacağına ümid edir

Moskva, 12 may, ARHD.AZ


Rusiyanın Sənaye və Ticarət Nazirliyi cari ilin sonunadək Azərbaycanda müştərək sənaye parkının işə salınacağına ümid edir.

ARHD.AZ xəbər verir ki, bu barədə Rusiya sənaye və ticarət nazirinin müavini Roman Çekuşov Daşkənddə keçirilən “İnnoprom. Mərkəzi Asiya” beynəlxalq sənaye sərgisi çərçivəsində TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Sumqayıt şəhərində həyata keçirilən layihə respublikanın ərazisində Rusiya və Azərbaycanın ilk müştərək müəssisəsi olacaq. Nazir müavini əmin olduğunu bildirib ki, bu təşəbbüs Rusiyanın digər müəssisələrinin marağına səbəb olacaq.

Nazir müavini onu da xatırladıb ki, artıq Özbəkistanda – Çirçik və Cizakda Rusiya şirkətlərinin idarə etdiyi iki sənaye parkı fəaliyyət göstərir. 2025-ci ildə Nəvai və Buxarada daha iki sənaye parkının açılması nəzərdə tutulub. Bundan başqa, Daşkənd vilayətində də sənaye parkı işə salınacaq.

R.Çekuşov əlavə edib ki, Tacikistanda Düşənbə maşınqayırma zavodunun bazasında sənaye parkının yerləşdirilməsi məqsədilə obyektlərin rekonstruksiyası nəzərdə tutulur. Rusiya şirkətləri artıq bu layihəyə maraq göstərib.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə