Bakı, 31 yanvar,  ARHD.AZ


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıdakı 29-cu sessiyasında (COP29) elan edilmiş “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün nəticələri” Braziliyada COP30-da təqdim ediləcək.

ARHD.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.

“COP29-da “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” rəsmən elan edilib. Bu, çox uğurlu təşəbbüsdür. İndi harmoniyanın məqsədlərinə nail olmaq üçün bütün tədbirləri həyata keçirməyə çalışırıq”, - deyə L.Cabbarova qeyd edib.

Baxış sayı: 2 283

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]