Bakı, 31 yanvar, ARHD.AZ

 

BMT və Azərbaycan arasında 2026-2030-cu illəri əhatə edəcək yeni Çərçivə Sənədi hökumətlə tam məsləhətləşmə və razılaşma şəraitində hazırlanacaq.

ARHD.AZ xəbər verir ki, bu barədə BMT-nin Regional İnkişafın Koordinasiya Ofisinin (DCO) Dayanıqlı İnkişaf üzrə mütəxəssisi Fioralba Şkodra BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində deyib.

“Çərçivə sənədinin məqsədi Dayanıqlı İnkişaf üçün 2030-cu il gündəliyinin icrasına dəstək olmaqdır. Bu, BMT-nin inkişaf fəaliyyətlərinin planlaşdırılması və həyata keçirilməsi üçün ən vacib alətdir. BMT və Azərbaycan hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası ilə bağlı uğurlu nəticələr əldə edilib”, - deyə F.Skodra qeyd edib.

Baxış sayı: 4 040

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]