
Bakı, 4 aprel, ARHD.AZ
Xəzər dənizi regionundan Avropanın mərkəzinə elektrik enerjisinin ötürülməsinə nail olmalıyıq.
ARHD.AZ xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Jeço Stankov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaşıl enerji dəhlizinin mövcudluğu vacib məsələdir.
“Enerji ixracını Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan marşrutu ilə həyata keçirsək bizə enerji təchizatının şaxələndirməsinə imkan verəcək. Bu, biznes fəaliyyətini inkişaf etdirməklə yanaşı iqtisadiyyatın dekarbonlaşmasına səbəb olacaq. İndi Bolqarıstan enerji təminatının 40 faizini alternativ mənbələrdən alır. Nüvə enerjisinin inkişafına da sərmayələrin yatırılması bizim üçün vacibdir. Biz nasos stansiyalarının gücünü ən azı 3 dəfə artırmalıyıq və 3 əlavə nasos stansiyası qurulmalıdır. Bu, nəinki Bolqarıstana, eləcə də bütün regiona öz töhfəsini verəcək”, - deyə bolqar nazir əlavə edib.