Bakı, 22 yanvar, ARHD.AZ

 

Maliyyə nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Azər Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri üzrə missiyasının üzvləri ilə görüşüb.

Nazirlikdən ARHD.AZ-a bildirilib ki, görüş zamanı IV Maddə məsləhətləşmələrinə dair hazırlıq işləri və bununla əlaqədar BVF tərəfindən aparılacaq analitik təhlillərin istiqamətləri diqqət mərkəzində olub.

A.Bayramov 2024-cü ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icrası, 2025-ci il və ortamüddətli dövr üzrə büdcə planları və gözləntiləri, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun sabit artımı, büdcə-vergi siyasəti sahəsində aparılan islahatlar və əldə olunan nəticələrlə bağlı geniş məlumat verib, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımları qeyd edib.

BVF-nin Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya departamenti üzrə missiya rəhbəri Anna Bordon bildirib ki, 2025-ci il üzrə IV Maddə məsləhətləşməsinin əsas diqqət mərkəzində iqtisadi artımın sürətlənməsi və inflyasiyanın azalması daxil olmaqla son iqtisadi inkişaflar, perspektivlər və risklər yer alır.

22 yanvar - 5 fevral 2025-ci il tarixlərini əhatə edəcək missiyanın səfəri zamanı makroiqtisadi yeniliklər və perspektivlər, neft-qaz hasilatı və dekarbonizasiya təşəbbüsləri, həmçinin iqlim dəyişikliyi üzrə mitiqasiya və adaptasiya tədbirləri ilə bağlı hökumətin iqtisadi blokuna daxil olan qurumlarda müzakirələrin aparılması nəzərdə tutulur.

Baxış sayı: 2 766

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə